Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Üç ay bundan əvvəl Bakıya yağmış intensiv yağışlardan sonra Bakının Binə qəsəbəsində bəzi həyət evlərini su basıb.Su, hətta evlərin zirzəmisin qədər gedib çıxıb.
Elə adamlar var ki, evdə olan yorğan- döşəyi, ərzaq malları suyun içindədir.
Düz üç aydır ki, evlərə dolmuş bu suyu heç bir qurum təmizləyə bilmir.
Hərdən bir onlar gəlib suyu nasos vasitəsilə çəkır , bir müddətdən sonra yenə həyət və kücə su ilə dolur.
İnsanlar yolu keçmək üçün uzunboğaz çəkmədən istifadə edirlər. Küçənin bəzi yerində suyun dərinliyi bir metrə çatır.
Onda görə də Binə sakinlərinə kücəni keçmək üçün qayıq lazımdır.Orada elə ev var ki, sakinlər ikinci mərtəbədən həyətə düşüb dükan- bazara belə gedə bilmir.
Yaşlı bir qadın deyir ki, oğul, vallah, burda canımız çıxır, heç kim də bizə kömək etmir.