Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 27-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “BYD” markalı avtomobil idarəetmədən çıxaraq dəmir maneənin üzərinə çıxaraq yol kənarına aşıb.
Şahidlərin bildirdiyinə görə, hadisəyə sürücünün anidən nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəb olub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 106