Binədə evdən oğurluq edən şəxs saxlanılıb

23.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Binə qəsəbəsində evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməyindən APA-ya verilən məlumata görə, paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью