Binədə fərdi yaşayış evində PARTLAYIŞ: Xəsarət alanlar var | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m.
olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Tam oxu
Xəbəri oxu