Binədə piyadanın bu hərəkəti sürücüləri çaş baş salıb əsəbiləşdirdi VİDEO

20.04.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəzər rayonu, Binə qəsəbəsində piyada keçidində qeydə alınan hal sürücülər arasında çaşqınlıq yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 20-də saat 13:50 radələrində Əli İsazadə küçəsində baş verib. Görüntülərdə piyada keçidinin üzərində dayanan şəxsi görən sürücülər avtomobillərini dayandıraraq onun yolu keçməsi üçün şərait yaradıblar.

Kadrlarda qadın piyadanın azyaşlı övladı ilə birlikdə yolu keçməsi görünür. Lakin daha sonra keçid üzərində dayanan orta yaşlı kişi hərəkətini davam etdirməyərək yerində qalır. Bu vəziyyət sürücülər arasında anlaşılmazlıq yaradıb və bir neçə sürücü siqnal verərək ona yolu keçməsi barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, piyada sürücülərin siqnallarına və iradlarına məhəl qoymadan keçid üzərində dayanmağa davam edib. O, irad bildirən sürücülərdən birinə “Nə edirəm, dayanmışam da” sözləri ilə cavab verib.

Qeyd edək ki, piyada keçidi yalnız piyadaların təhlükəsiz şəkildə yolu keçməsi üçün nəzərdə tutulub. Orada dayanmaq və ya hərəkəti ləngidəcək şəkildə qalmaq sürücülər üçün əlavə risk və qeyri-müəyyənlik yarada bilər. Bu cür hallar həm sürücünün reaksiyasını gecikdirir, həm də yolun ümumi axıcılığını pozaraq gözlənilməz vəziyyətlərə səbəb olur.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью