Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 30-da axşam saatlarında Əli İsazadə küçəsində baş verib.
Belə ki, 77-PU-098 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil 160 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı avtobusla toqquşub. Nəticədə minik avtomobilinə ciddi ziyan dəyib.
Qəza zamanı avtobusda olan bəzi sərnişinlər yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227461.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar