Binədə qəza: İki “Toyota” toqquşdu VİDEO

24.08.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 23-də gecə saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota Fielder” markalı avtomobillə “Toyota Corolla” markalı minik vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью