Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-da səhər saatlarında Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə yoldan çıxan maşın öncə bordürə çıxıb, ardınca işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yerindən qoparaq qəzalı maşının üzərinə düşüb. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin