Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi VİDEO

20.10.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Binə qəsəbəsində yerləşən Şəhidlər küçəsində natəmizlik və yol infrastrukturu ilə bağlı problemlər müşahidə olunur.

Avtosfer.az xəbər verir ki, küçənin adının Şəhidlər olmasına və ərazidə bununla bağlı xəbərdarlıqlara baxmayaraq, bəzi şəxslər məişət tullantılarını yerə atmaqda davam edirlər. Nəticədə küçədə natəmizlik baş alıb gedir.

Bununla yanaşı, küçənin yolları da bərbad vəziyyətdədir. Yol örtüyünün yararsız olması ərazidə hərəkəti çətinləşdirir və sakinlərin narahatlığına səbəb olur.

Şəhidlərin adını daşıyan küçənin bu vəziyyətdə olması təəssüf doğurur. Ərazidə təmizliyin qorunması üçün sakinlərin məsuliyyətli davranması, eyni zamanda, yol infrastrukturundakı problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi vacibdir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228026.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=sosial-xeberler

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью