Binədə yolu keçən qadını avtomobil vurub

19.11.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakının Xəzər rayonunda 31 yaşlı qadın yol qəzasında xəsarət alıb. 


Missiya.Az “Report”a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Məmmədova Fəridə Akif qızı yolu keçərkən avtomobil onu vurub. 

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью