Binəli Yıldırım dövlətimizin başçısına BAŞSAĞLIĞI VERDİ

27.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu dəhşətli qəzada həyatını itirən insanlara Allahdan rəhmət, yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Sizə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью