Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Jurnalist Elman Eldaroğlu “Facebook” sosial şəbəkəsindəki hesabında yaşadığı binada özbaşınalığın hökm sürdüyünü bildirib və binanın idarə edilməsinin mülkiyyət payı olan sakinlərə həvalə edildiyini yazıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Elman Eldaroğlu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A ünvanında yerləşən binanı idarə edən “Binəqədi-38” MMMC-nin VÖEN olmadan fəaliyyət göstərdiyini bildirib.
“Binəqədi-38” MMMC-nin VÖEN-i varmı və hansı tarixdən vergi uçotundadır?Yaranan sualla bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Dövlət reyestrində “Binəqədi-38” MMMC adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur”.
Günel Həsənova, Bizimyol.info