Binəqədi Gənclər Şəhərciyində baş verən cinayətlə bağlı qərar...

14.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Eldar Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyində baş verib. Eldar Məmmədovla Maşallah Cəfərov arasında mübahisə yaranıb. Mübahisə zamanı Eldar Məmmədov Maşallah Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Eldar Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью