Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində sabah qaz olmayacaq

10.12.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah paytaxtın Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar 11.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью