Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı daxil olmuş məlumat əsasında ərazi polis orqanında araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
DİN rəsmisi əlavə edib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb:
"İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin bütün halları və başvermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir".