Binəqədidə 27 Sentyabr Anım Günü ilə bağlı ehsan süfrəsi verilib

29.09.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

27 sentyabr 2026-cı il tarixində Binəqədi “Gənclər Şəhərciyində” Anım Günü ilə bağlı ehsan süfrəsi verilib. Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Raul Səfərovun təşkilatçılığı ilə keçirilən və 100-dən çox vətəndaşın qatıldığı tədbirdə şəhid ailələri, veteranlar, həssas kateqoriyadan olan şəxslər, kənd ağsaqqalları, rayon ziyalıları və s. iştirak edib.

Ehsan süfrəsindən öncə Binəqədi Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları üstünə gül dəstələri qoyulub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Raul Səfərov Vətən müharibəsinin tarixi önəmindən bəhs edib,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 30 ildir ki, işğal altında qalan torpaqları cəmi 44 gün ərzində azad etdiyini vurğulayıb. Raul Səfərov qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə əldə edilən bu zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, dövlətimizin və eləcə də türk dünyasının beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsində, regional sülh və sabitliyin təmin olunmasında həlledici rol oynadı.

Prezident İlham Əliyevin 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərin qəhrəmanlığını hər zaman yüksək qiymətləndiridyini xatırladan Raul Səfərov, əbədiyyətə qovuşan qəhrəmanlarımızın fədakarlğının heç vaxt unudulmayacağını, gələcək nəsillər tərəfindən də böyük ehtiramla xatırlanacağını vurğulayıb.

Ehsan süfrəsində çıxış edən şəhid anaları, kənd ağsaqqalları da dövlətimizin şəhid ailələrinə daim böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edib, buna görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью