Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

08.09.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yük avtomobilin minik avtomobilin üzərinə aşması səbəbindən 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. 

Qeyd edək ki, sentyabrın 6-da Binəqədi rayon ərazisində 1976-cı il təvəllüdlü Əbdülov Vahid Vaqif oğlunun idarə etdiyi "DAF" markalı hərəkətdə olan zaman körpünün üzərindəki sərt döngədə idarəetməni itirərək körpüdən aşıb.

Aşma nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər.

Bundan başqa, hadisə zamanı 92 saylı avtobusda olan 2000-ci il təvəllüdlü Ağayeva Lalə Zeynal qızı və 2002-ci il təvəllüdlü Nəcəfova Fidan Namiq qızı döş qəfəsinin küt travmaları ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi müayinə göstərildikdən sonra evə buraxılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью