Binəqədidə azyaşlı dəm qazından ölüb

22.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.Vəlizadə yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş U.Vəlizadə orada ölüb.
Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью