Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində qeydə alınan hadisədə "Hyundai Elantra" markalı avtomobil ilə 05-AAU-107 dövlət nömrə nişanlı avtobus toqquşub.
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Minik avtomobilinin sürücüsünün həlak olduğu bildirilir.
Hadisə yerinə polis və Fövqəladə Hadisələr Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Aygün Mirakif