Binəqədidə əks yola çıxan sürücü keçiddən keçən piyadaları vurdu REAL VİDEO

13.01.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonunda piyadaların vurulma anı kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. Daha sonra o, piyada keçidinə yaxınlaşarkən sürətini azaltmayıb və bu zaman keçiddən keçən məktəbli və gənc oğlanı vurub.

Xoşbəxtlikdən, piyadalar yüngül bədən xəsarətləri alıblar.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər keçidlərə yaxınlaşanda sürəti azaltmalı və piyadalara yol verməlidirlər. Bu qaydalara riayət edilməməsi ağır qəzaların baş verməsinə səbəb ola bilər.

Nərmin

Oxunub 250

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью