Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Binəqədi rayonu, DSK yolu kimi tanınan ərazidə kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərərək məlumat verib.
Onun sözlərinə görə, hadisə fevralın 5-də saat 14:16 radələrində qeydə alınıb.
Belə ki, 77-GB-576 dövlət nömrə nişanlı “Ravon” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq qarşıdan gələn maşınlara qəza şəraiti yaradıb.
Kadrlardan göründüyü kimi, təhlükəylə üzləşən “Hyundai” sürücüsü son anda manevr edərək toqquşmadan yayına bilib.
Nərmin
Oxunub 8