Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.