Binəqədidə evdə yanğın olub, tüstüdən zəhərlənən var KONKRET

18.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью