Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Binəqədidə 58 yaşlı qadının üzərinə hasar aşıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar üzərinə aşıb.
Hadisə nəticəsində qadın ölüb.
Faktla bağlı araşdırma aparılır.