Binəqədidə kafedə partlayış olub 3 nəfər xəsarət alıb

05.12.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış baş verib, 3 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 işçisi xəsarət alıb.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью