Binəqədidə kanalizasiya suları yola axır VİDEO

21.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində kanalizasiya sularının yola axıdılması sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, əraziyə axıdılan çirkab sular həm ətraf mühitin çirklənməsinə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur.
"Ətraf o qədər palçıqlı olur ki, qəsəbədə maşınla hərəkət etməkdə belə çətinlik çəkirik", - deyə şikayətdə bildirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью