Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

23.01.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkar edilib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarının Bakı şəhəri Binəqədi rayonunda həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və icarəsində olan anbardan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 182 600 ədəd siqaret aşkar edilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью