Binəqədidə məktəb yaxınlığındakı elektrik xətti təhlükə saçır | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Binəqədi rayonu 283 nömrəli məktəbin stadionunun yaxınlığından keçən elektrik xəttinin zədələnməsi həyati təhlükə yaradır.
KONKRET.az bildirir ki, bakues.az-a daxil olan məlumata görə, təhlükəli vəziyyət ötən gün axşamdan davam edir.
Sakinlərin sözlərinə görə, bununla bağlı “Azərişıq”ın “qaynar xətti”nə zəng vurulsa da, cavab verilməyib.
Bildirilib ki, təhlükə vəziyyət xüsusənndə şagirdlərin həyatı üçün risk yaradır.
Şikayətlə bağlı müvafiq qurumun mövqeyini dərc etməyə hazırıq.
https://konkret.az/cloud/uploads/2026/01/whatsapp-video-2026-01-21-at-10-32-52.mp4 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu