Binəqədidə məktəb yolundakı dərin çala sürücüləri TƏHLÜKƏYƏ ATIR

15.01.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsində yolda əmələ gələn dərin çala sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Oxu.Az-a bununla bağlı vətəndaş müraciəti daxil olub.

Şikayətdə bildirilib ki, ərazidəki kanalizasiya xəttindəki problem nəticəsində yolun tam mərkəzində böyük ölçülü və dərin çala yaranıb.

"Bu təhlükəli çala 30 nömrəli məktəbin qarşısındakı dörd yol ayrıcındadır. Yol maili, çuxur isə dərin olduğu üçün günün qaranlıq saatlarında onu görmək demək olar ki, mümkün deyil. Bu isə həmin çalaya düşən avtomobillərə maddi ziyan vurmaqla yanaşı, eyni zamanda ağır yol-nəqliyyat hadisəsi riski yaradır", - deyə şikayətdə qeyd olunur.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Bakı Sukanal İdarəsinə məlumat ötürülüb:

"Əraziyə baxış keçiriləcək, yolda yaranan çuxur doldurularaq bərpa ediləcək".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью