Binəqədidə məktəbin qarşısında qəza İşıqfor yerindən çıxdı

06.01.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, hadisə zamanı 1 ədəd düyməli piyada svetoforu yararsız hala düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor quraşdırılacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью