Binəqədidə obyektdə yanğın olub, 4 nəfər xilas edilib

14.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью