Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, 4 ünvan
Oxu.Az xəbər verir ki, onlar sözügedən ünvanda bir nəfərin 100 manat qarşılığında bu işi gördüyünü iddia edirlər.
"20 ilə yaxındır bu ərazidə yaşayırıq. Hələ belə bir şeyə əl atan olmayıb.
3-4 ildir buraya gələn bir nəfər camaatdan 100 manat alır, kim pul verirsə, onun maşınını saxlaması üçün əraziyə dəmir vurur.
Söz deyəndə hər şeyin icazəsini aldığını qeyd edir. Biz bunun yalan olduğunu bilirik.
Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdik, gəlib dəmir dirəyi qoyduranın özünə ikisini sökdürdülər.
Lakin bu adam səhəri gün yenə digər yerlərə pul alıb, dəmir vurur".
Məsələ ilə bağlı Binəqədi rayon bələdiyyə sədri Mürsəl Eminov Oxu.Az-a açıqlamasında bildirib ki, bunu qeyd olunan ərazidə yaşayan sakinlərdən birinin etdiyi deyilir: "Guya o şəxs sakinlərdən pul alıb, dirək basdırır.