Binəqədidə “Porsche” ilə əks yola çıxıb sürücüləri təhlükəyə atdı VİDEO

02.06.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 99-LF-002 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edərək digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.

Kadrlardan görünür ki, sürücü bir neçə dəfə əks istiqamətli hərəkət zolağına çıxıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riski yaranıb. Digər görüntüdə isə o, yenidən əks yola çıxaraq təhlükəli manevr edib və qarşıdan gələn avtomobillə son anda toqquşmadan yayınıb.

Bundan əlavə, sürücünün sükan arxasında mobil telefondan istifadə etdiyi, avtomobili isə bir əllə idarə etdiyi də görüntülərdə əks olunub.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью