Binəqədidə qaz verilişi dayandırılıb

25.08.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qedy olunan səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Məlumata görə, hal-hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью