Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonunda, DSK yolu kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 23-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmadan sonra “Changan” aşıb.
İlkin iddialara əsasən, qəzaya “Changan” sürücüsünün sürət həddini aşması səbəb olub.
Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227226.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler