Binəqədidə yaşayış binasının dayanacağında 3 avtomobil yandı

06.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes", "Kia" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью