News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında "Mercedes-Benz", KIA və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri yanıb. Yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. \\Oxu.Az