Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü Video Yenilənib

27.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Binəqədidə yol çöküb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

***

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib  ki, məsələnin Agentliyə aidiyyəti yoxdur: “Bu rabitə xəttinin baxış qapağıdır. Aidiyyəti üzrə məlumat verilib tərəfimizdən ki, problem aradan qaldırılsın”.

Ərazidən görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью