Binəqədidə yolun çökməsi sürücülər üçün ciddi təhlükə yaradıb VİDEO

27.06.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lükün ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

https://t.me/xeberleroxu/165868

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью