Binəqədidəki “moyka”da faciə Ölən var

11.06.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Əliyev Emin Ramin oğlu avtoyuyucu işlədiyi 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью