Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Bingöl bölgəsində sərnişin avtobusu qarlı havada dərəyə yuvarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə “Mardin Travel” şirkətinə məxsus sərnişin avtobusu Bingöl-Diyarbəkir avtomobil yolunun Doğanca kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.
Bingöl valisi Əhməd Həmdi Ustanın açıqlamasına görə, qəzada 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ