Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Kinorejissor Georgi Daneliyanın “Mimino” filmində bir epizod var.
Gürcü Valiko Mizandari (Vaxtanq Kikabidzenin Miminosu) ilə hoteldə bir nömrədə qalan sürücü Rubik Xaçikyan (erməni aktyoru Frunzik Mkrtçyanın yaratdığı obraz) məhkəmədə şahid qismində ifadə verirlər.
Hakim ondan Miminonun Telavidə bacısını atıb Moskvaya qaçdığına görə əzişdirdiyi zərərçəkəni tanıyıb-tanımadığını soruşur.
Vəziyyətin qəlizləşdiyini görən Rubik rusca pis danışdığını bəhanə gətirərək, zərərçəkənin kim olduğunu (кто такой потерпевший?) tanımadığını bildirir.
Cavabdan bir şey anlamayan hakim fikrə gedir... İndi Avropa Şurasının Ermənistanda “lövbər salmış” mülki missiyasının başçısının köməkçisi M
O, Aİ-nin bu barədə yekdil qərara gəlmədiyini deyib: “Biz bunun üzərində işləyirik.
Brüsseldəki tərəfdaşlarımız məsələni Aİ-yə üzv ölkələrin paytaxtları ilə məsləhətləşirlər. Qərar Aİ-nin 27 üzvü tərəfindən qəbul ediləcək.
Biz artıq Ermənistan hakimiyyəti ilə, vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bununla bağlı qərar hazırlanır”.