“Biologiyanın tədrisində oyun üsulları” kitabı çapdan çıxıb AZƏRTAC

26.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru dosent Minarə Həsənova və Bəzək memarlığı laboratoriyasının müdiri dosent Şəlalə Gülməmmədovanın həmmüəllifi olduqları “Biologiyanın tədrisində oyun üsulları” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədris vəsaiti bioloji təhsilin inkişafına, təbiətə qayğıkeş yanaşmağa və məktəblilərdə ekoloji mədəniyyətin formalaşmasına xidmət edir.

Kitab orta məktəblər üçün ümumi biologiya proqramına uyğun hazırlanıb. Vəsaitdən biologiya dərslərində, dərnəklərdə, bioloji mövzuda tədbirlərin, bayramların, müsabiqələrin, viktorinaların, olimpiadaların keçirilməsində istifadə oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью