Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Alman biotexnologiya şirkəti BioNTech ilin üçüncü rübündə mənfəətə qayıdıb və il sonu gəlir hədəflərini yuxarıya doğru yenidən nəzərdən keçirib.
BioNTech-in iyul-sentyabr dövrü üçün balans hesabatı açıqlanıb. Buna uyğun olaraq, 2025-ci ilin üçüncü rübündə 28,7 milyon avro xalis zərəri olan şirkət bu ilin iyul-sentyabr dövründə 184,5 milyon avro xalis mənfəət elan edib.Şirkətin səhm başına xalis mənfəəti də ötən ilin üçüncü rübündəki 0,12 avrodan bu ilin eyni dövründə 0,73 avroya yüksəlib.Şirkətin mənfəətə qayıtmasının əsas amili ötən il balans hesabatına əhəmiyyətli dərəcədə təsir göstərən məhkəmə iddiaları və hüquqi mübahisələrlə bağlı birdəfəlik ağır xərclərin aradan qaldırılması olub.
COVID-19 peyvəndlərinə qlobal tələbat proqnozlaşdırıldığı kimi azalmağa davam etdiyindən, şirkətin rüblük gəliri ötən ilin eyni dövründəki 1,52 milyard avrodan 1,29 milyard avroya düşüb.
Gəlirlərin azalmasına baxmayaraq, BioNTech rəhbərliyi 2026-cı il üçün maliyyə gözləntilərini yeniləyib.Əvvəllər ən azı 1,6 milyard avro qiymətləndirilən ilin sonu gəlir gözləntisinin aşağı həddi 1,7 milyard avroya qaldırılıb.
Şirkət bütün il üçün ümumi gəlir hədəf diapazonunu 1,7 milyard avro ilə 1,9 milyard avro arasında yenidən nəzərdən keçirib.COVID-19 bazarının kiçilməsi ilə bu sahəyə olan asılılığını azaltmağa çalışan BioNTech, xərçəng dərmanı istehsalçısına çevrilmək istiqamətində strateji transformasiyasını sürətləndirdiyini də açıqlayıb.Şirkət məhsul portfelini şaxələndirməyi planlaşdırır və 2030-cu ilə qədər onkologiya sahəsində birdən çox məhsul buraxmağı hədəfləyir.
Bu strateji transformasiya planlarına və klinik sınaqlara uyğun olaraq, şirkətin tədqiqat və inkişaf xərcləri üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artaraq 564,8 milyon avrodan 748,1 milyon avroya yüksəlib.
M.MİRZƏ
XQ