Bir ailədən 6 uşaq həlak oldu DƏHŞƏTLİ OLAY

02.06.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistanın Xeybər-Paxtunxva əyalətində çiy kərpicdən tikilmiş evin damının uçması nəticəsində 6 uşaq dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Dawn" qəzeti yazıb.  Rəsmi şəxslərin bəyanatlarına istinadən yaydığı xəbərə görə, əyalətin Şanqla bölgəsində çiy kərpicdən tikilmiş evin damının çökməsi səbəbindən 7 uşaq dağıntılar altında qalıb.

Xilasetmə qrupları 6 uşağın cansız bədənini çıxarıb, bir uşaq isə ağır yaralı olaraq xilas edilib.

Həyatını itirən və yaralanan uşaqların eyni ailədən olduğu bildirilsə də, hadisənin səbəbi barədə rəsmi açıqlama verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью