Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Şəkidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.
Kənd sakinləri, Abdullayev Taryel-1994, arvadı Abdullayeva Billur-1993 və onların 2 azyaşlı övladları dəm qazının toksiki zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
*** TƏBİB-dən bildirilib ki, ötən gün saat 15:40 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) hospitalizasiya olunub.
“Zərərçəkənlərdən biri 2019-cu il, digəri isə 2024-cü il təvəllüdlüdür. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda hər birinin vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda vurğulanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.