Bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb

02.03.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstanda fərdi yaşayış evində bir ailənin 7 üzvü, o cümlədən 5 uşaq qazdan zəhərlənərək ölüb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Manqistau vilayətində baş verib.

Fövqəladə Hallar Departamentinin ilkin məlumatına görə, hadisə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib. Ölənlərin hamısının Özbəkistan vətəndaşları olduğu, onların Qazaxıstanda müvəqqəti yaşama icazəsinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью