Bir ailənin üç üzvü avtomobil qəzasına düşüb: Biri ölüb

26.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Yevlaxda avtomobil qəzasında xəsarət alan qadın dünyasını dəyişib.

"Report"un məlumatına görə, Tanrıqulular kəndində avtomobilin hasara çırpılması nəticəsində ağır xəsarət alan 2003-cü il təvəllüdlü S.Nəsibova xəstəxanada dünyasını dəyişib.

02:48

Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2020-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. S.Nəsibovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью