Bir argentinalı getdi, digəri gəldi

30.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnter Mayami”nin baş məşqçi vəzifəsində gözlənilən dəyişiklik rəsmiləşib. Xerardo Martino komandanı tərk edib.

Argentinalı mütəxəssis ABŞ klubuna 2023-cü ilin iyununda təyinat almışdı. Martino komandanı Liqa kubokunda və “Supporters Shield” turnirində qələbəyə daşımışdı. MLS-in cari mövsümündə müntəzəm çempionatın da qalibi olan “İnter Mayami” 1/8 finalda “Atlanta Yunayted”ə məğlub olduğu üçün istefası zəruri sayılıb.
“İnter Mayami”nin yeni baş məşqçisi artıq bir neçə gün əvvəldən məlum idi. ABŞ klubunu Argentinanın U-20 yığmasının sabiq baş məşqçisi Xavyer Masçerano çalışdıracaq. Bəzi mənbələr onunla 3 illik müqavilə imzalanacağını xəbər vermişdi.
Qeyd edək ki, Masçerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina yığmasında və “Barselona”da birgə oynayıb. Futbolçu karyerasını 2020-ci ildə başa vurandan dərhal sonra Argentinanın gənclərdən ibarət komandasına təyinat alıb. Yığma onun başçılığı altında ötən keçirilən dünya çempionatının 1/8 finalında Nigeriyaya, bu il baş tutan Paris Olimpiadasının 1/4 finalında isə Fransaya uduzub. Başqa sözlə, 40 yaşlı mütəxəssis klubda ilk dəfə fəaliyyətə başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью