“Bir axşamın sehirli səsi” adlı hesabat konserti

03.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin “Grandiozo” kamera orkestrinin müşayiəti ilə “Bir axşamın sehirli səsi” adlı hesabat konserti reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən musiqi məktəbinin direktoru Sevil Ələkbərova konsert proqramı barədə fikirlərini söyləyib.

Hesabat konsertində məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.

Proqramda ümumilikdə 23 musiqi nömrəsi nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью